Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

İqtisadiyyat.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Türkiyənin "Qalatasaray" komandası azarkeşləri önündə "Molde"ni (Norveç) qəbul edib. 2:1 hesabıyla qələbə qazanan meydan sahibləri qrup mərhələsinə vəsiqə əldə edib. 

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

29 avqust

Qalatasaray (Türkiyə) - Molde (Norveç) - 2:1

Qollar: M.İkardi, 7 (pen.), Anxelinyo, 90+3 - E.Hestad, 66

İlk oyun - 3:2

Panatinaikos (Yunanıstan) - Braqa (Portuqaliya) - 0:1

Qol: Bruma, 83

İlk oyun - 1:2

Yanq Boyz (İsveçrə) - Makkabi (Hayfa, İsrail) - 3:0

Qollar: K.İtten, 23, A.Sek, 28 (avtoqol), F.Uqriniç, 46

İlk oyun - 0:0