Rafael Leao Səudiyyə Ərəbistanına getməyi ağlından keçirmir. 24 yaşlı hücumçu istənilən maliyyə təklifinin onun fikrinə təsir etməyəcəyini bildirir.

İqtisadiyyat.az xəbər verir ki, Anqola əsilli portuqaliyalı xüsusilə gənclərin Asiyaya yollanmasını anlaya bilmir: “Səudiyyə Ərəbistanından gələn təkliflərlə ümumiyyətlə maraqlanmıram. Mənim üçün Çempionlar Liqası matçı 10 milyon avro maaşdan daha dəyərlidir. Asiya ölkəsinə yollanmağı ağlımın ucundan da keçirmədim. “Milan”da qalib uğurlar qazanmaq istəyirəm. Bu səbəbdən bir neçə ay öncə yeni müqavilə imzaladım”.

Leao 2019-cu ildən “Milan”da oynayır. O, bu yay anlaşmasının müddətini 2028-ci ilədək uzadıb