Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək..

İqtisadiyyat.az xəbər verir ki, "Qarabağ"ın potensial rəqibləri BATE (Belarus) və "Aris" (Kipr) üz-üzə gələcək. Komandalar arasındakı ilk matç "Aris"in 6:2 hesablı qələbəsiylə başa çatıb. Cütün qalibi "Qarabağ" - "Rakuv" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.

"Qarabağ" Polşa təmsilçisi ilə görüşə sabah çıxacaq. "Atlılar" ilk oyunda rəqibinə uduzub - 2:3.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

1 avqust

21:30 Panatinaikos (Yunanıstan) - Dnipro (Ukrayna)

İlk oyun - 3:1

22:00 BATE (Belarus) - Aris (Kipr)

İlk oyun - 2:6

22:00 Olimpiya (Sloveniya) - Ludoqorets (Bolqarıstan)

İlk oyun - 1:1

22:30 Slovan (Slovakiya) - Jrinski (Bosniya və Herseqovina)

İlk oyun - 1:0.