Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

Turnirin son qalibi "Real" evdə İngiltərə "Liverpul"unu qəbul edib. Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb. 

Günün digər oyununda "Napoli" Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunu məğlub edib.

Bu nəticələrdən sonra "Real" və "Napoli" adını 1/4 final mərhələsinə yazdırıb.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

15 mart

00:00. "Real" (İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0

Qol: Kərim Benzema, 78

İlk oyun - 5:2

 

00:00. "Napoli" (İtaliya) - "Ayntraxt" Frankfurt (Almaniya) - 3:0

Qol: V.Osimhen, 45+2, 53, P.Zelinski, 64 (pen.)

İlk oyun - 2:0