Baş məşqçi Qrem Potteri istefaya göndərən "Çelsi"də bu vəzifəni müvəqqəti icra edəcək şəxs məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, komandanın sükanı Bruno Saltora tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Potterin köməkçilərindən olan ispan mütəxəssis komandaya yeni baş məşqçi gələnə qədər rəhbərlik edəcək.

"Çelsi" Premyer Liqada 11-ci sıradadır.