İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi" heyətini gücləndirməyə davam edir.

İqtisadiyyat.az xəbər verir ki, "zadəganlar" Almaniyanın "Leypsiq" klubunun futbolçusu Kristofer Nkunkunu transfer edib.

Futbolçu ilə 6 illik müqavilə imzalanıb 

Qeyd edək ki, Nkunku "Leypziq"in heyətində 172 oyuna çıxıb, 70 qol vurub və 45 assist etməyi bacarıb.