İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi" zəlzələ nəticəsində həlak olan sabiq futbolçusu Kristian Atsunu yad edib.

 İqtisadiyyat.az xəbər verir ki, "Çelsi" İngiltərə Premyer Liqası çərçivəsində "Southampton" klubu ilə qarşılaşır.

Start fitindən əvvəl 1 dəqiqəlik sükutla zəlzələ qurbanları yad edilib. Londol təmsilçisi stadionun böyük ekranında isə sabiq futbolçusu Kristian Atsunun fotosunu nümayiş etdirib.