PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını İngiltərədə davam etdirə bilər.

İqtisadiyyat.az xəbər verir ki, "Çelsi" fransalı forvardın xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Zadəganlar" Mbappe üçün PSJ ilə ilkin danışıqlar aparıb. Hücumçunun komandanın baş məşqçisi Maurisio Poçettino ilə yaxşı münasibətləri var.

Daha əvvəl fransız futbolçunun "Real"a keçmək istədiyi bildirilirdi. Mbappenin PSJ ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir.