"Çelsi” növbəti transferini rəsmiləşdirib.

İqtisadiyyat.az xəbər verir ki, London nəhəngi “Renn”in yarımmüdafiəçisi Lesli Uqoçukvunu heyətinə qatıb.

“Zadəganlar” bu keçidə görə 27 milyon avro ödəyiblər. 19 yaşlı futbolçu ilə 7+1 illik müqavilə imzalanıb.

“Renn”in öz yetirməsi olan Uqoçukvu 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, meydana çıxdığı 60 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Lesli Fransanın U-19 yığmasına da dəvət alır.