"Çelsi" "İndependiente"nin (Ekvador) yarımmüdafiəçisi Kendri Paezi transfer edib.

İqtisadiyyat.az klubun saytına istinadən xəbər verir ki, o, 18 yaşı tamam olduqdan sonra London təmsilçisinə keçəcək.

Qeyd edək ki, 16 yaşlı oyunçu bu mövsüm "İndependyente"nin əsas komandasında 6 oyuna çıxıb və 1 qol vurub. Bundan əlavə, Ekvador millisinin heyətində bu il keçirilən U20 dünya çempionatında 4 oyunda 1 qol vurub və 3 qolun ötürməsini verib.