Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən komanda VIII turda səfərdə "Pirin"lə qarşılaşıb. Oyun "Arda"nın qələbəsiylə başa çatıb - 2:0.

Cəlal bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan müdafiəçi sona qədər oynayıb.

"Arda" 8 turdan sonra 10 xalla 8-ci sıradadır