Cəbrayl rayonunun Horovlu kəndinin sakinləri gündəlik məişətdə kəhriz suyundan istifadə edə biləcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətininin icraçı direktoru Növrəs Cəfərov Xəzər İnşaat Həftəsi çərçivəsində "Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin Böyük Qayıdışa töhfələri" mövzusunda təşkil olunmuş paneldə bildirib.

"Biz kəndi yenidən inşa etməklə bərabər, onun ərazisində vaxtilə mövcud olmuş kəhrizləri bərpa edirik. Sakinlər bura yaşamağa gələndə onlar üçün əvəzedilməz olan kəhriz suyundan içə biləcəklər və gündəlik məişətdə istifadə edə biləcəklər. Biz həm də tikinti işləri zamanı tullantıların ətaraf mühitə verəcəyi zərəri minumuma endirmək üçün onları burada təkrar emal edirik. Tullanatılar qurğular vasitəsilə emal olunur və yenidən müxtəlif tikinti sahələrində istifadə edilir", - deyə o qeyd edib.

Hazırda Şərqi Zəngəzurda 3 rayonda 4 kəndin tikintisi həyata keçirilir.