AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Avstriya matçından əvvəl mətbuat konfransı və açıq məşqlərin vaxtı bəlli olub.

İqtisadiyyat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi oktyabrın 15-də, saat 18:30-da görüşün baş tutacağı "Dalğa Arena"da media nümayəndələrinin qarşısına çıxacaq.

19:00-da isə yığmanın açıq məşqi gerçəkləşəcək.

Qonaqların baş məşqçisi Ralf Ranqnikin mətbuat konfransı isə Avstriyada olacaq. Almaniyalı mütəxəssis saat 12:15-də Vyanadakı "Ernst Happel" stadionunda jurnalistlərin suallarını cavablandıracaq. Açıq məşq isə saat 19:00-da eyni arenada reallaşacaq.

Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq oyun saat 20:00-da start götürəcək