"Xaricdə təcrübə çox kömək edir. Yerli dinamikaya incəliklə uyğunlaşmağa çalışmalısan. Məsələn, mən əvvəlcə yeni vərdişlərə uyğunlaşmaq üçün mübarizə apardım. Belə bir işlə məşğul olanda daha az fundamentalizmə və daha çox çevikliyə ehtiyacın var". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibəsində ölkə xaricində işləmək barədə danışarkən deyib.

O, daha sonra bildirib: "Əgər düşüncələrinizi futbolçuların beyninə köçürmək bacarığınız, eləcə də inkişafa can atan oyunçulara sahibsinizsə, qalib gələcəksiniz".

Qeyd edək ki, De Byazi 2020-ci ilin avqustundan millimizi çalışdırır.