Beynəlxalq Valyuta Fondu (BVF) maliyyə tərəfdaşları ilə birlikdə Somaliyə xarici borcunu ödəməsi üçün 4,5 milyard dollar ayırmaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilatın saytında dərc olunmuş məlumatda deyilir.

Bu vəsaitin 3 milyard dolları ikitərəfli kreditorlar, o cümlədən Paris Klubunun üzvləri tərəfindən təmin ediləcək.

Bununla da Somali Ağır Borclu Yoxsul Ölkələr Təşəbbüsü (HIPC) çərçivəsində borcdan azad olmaq üçün yardım alan 37-ci ölkə oldu.

 

Gözəl Həşimova