"5 mart Bədən Tərbiyəsi və İdman Günüdür. Bu mübasibətlə hamını təbrik edirəm”.

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir tədbirlərlə zəngin “İdman həftəsi”nin baş tutduğunu bildirib: “Burada bütün yaş kateqoriyalarından olan cəmiyyətin müxtəlif insanları iştirak etdilər”.

Qayıbov Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri arasında baş tutmuş qolf turniri haqqında da danışıb: “Azərbaycan Qolf Federasiyasına, dəstək olan sponsorlara və iştirakçılara təşəkkür edirəm. Bütün tədbirlərimiz idmanın təbliğinə yönəlib. Hamını təbrik edirəm, həm də idmanla məşğul olmağa çağırıram”.