Bütün dövrlərin ən varlı idmançılarının siyahısı açıqlanıb.

İqtisadiyyat.az "Sportico" nəşrinə istinadən xəbər verir ki, lider 3,3 milyard dollarlıq sərvətlə keçmiş basketbolçu Maykl Cordandır. O, sərvətinin 1,8 milyard dollarını Nike ilə əməkdaşlığı sayəsində qazanıb. 2-ci pillədə 2,5 milyard dollar sərvətlə qolfçu Tiqer Vudsdur. İlk üçlüyü 1,7 milyard dollar sərvətə malik qolfçu Arnold Palmer tamamlayır.

Futbol dünyasından portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo 1,58 milyard dollarla bu siyahının 5-ci pilləsində qərarlaşıb.

Argentina millisinin və PSJ klubunun üzvü Lionel Messi isə 1,48 milyard dollar sərvətə maliktdi. O, bu siyahının 7-ci pilləsində yerini tutub.

Məşhur boksçu Floyd Mayweather ilk 8-liyə düşməyi bacarıb. Dünya Çempionu olmuş əlcək sahibinin 1,41 milyard dollar sərvəti var.