"Bursaspor"un azərbaycanlı futbolçu Namik Ələskərovla olan borcunun məbləği məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə təmsilçisi 28 yaşlı yarımmüdafiəçi 424 min avro (790 min manatdan çox) borcu var. Bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb.

Namik 2021/2022 mövsümünü "Bursaspor"da keçirib. O, Bursa təmsilçisində 33 oyunda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

"Bursaspor"un futbolçularına olan borcları səbəbindən heç bir liqada iştirakına icazə verilməyib.

Namik ötən ilin yayında Türkiyə klubundan ayrılıb və "Sabah"a keçib.