"Kicker" nəşri Almaniya Bundesliqasında 2022/2023 mövsümünün ən yaxşı futbolçusunu açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu Frankfurt "Ayntraxt"ının hücumçusu Randal Kolo-Muanidir. Forvard 24,2 faiz səslə ötən mövsümün ən yaxşı oyunçusu seçilib.

İkinci sırada Dortmund "Borussiya"sından (İndi "Real") Cud Bellingem, üçüncüdə isə "Verder"dən Niklas Fulkruq qərarlaşıb.

Kolo-Muani ötən mövsüm Bundesliqada 32 oyunda 15 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.