Uzun müddət futboldan uzaq qalan Budaq Nəsirov yenidən böyük futbola qayıtmaq qərarı vermişdi. "Turan Tovuz" klubu sabiq futbolçusunun forma yığması üçün yenidən qapıları açmış və ikinci komanda ilə məşqlərə çıxmasına icazə vermişdi.

Klubun baş məşqçisi Ayxan Abbasov Budaq Nəsirovun çıxışını bəyənəcəyi halda əsas komandaya dəvət edəcəkdi.

İqtisadiyyat.az saytı futbolçunun son vəziyyətini öyrənmək üçün klubun mətbuat xidməti ilə əlaqə saxlayıb. Süleyman Tağıyev son vəziyyət barədə bunları deyib:

"Komanda hələ ki, hazırlıqlara başlamayıb, ayn 29-u Bakıda təlim-məşq toplanışına start veriləcək, Budaq Nəsirov da iştirak edəcək. Son qərar təlim-məşq toplanışından sonra bilinəcək"

Qeyd edək ki, bir zamanlar Budaq Nəsirov Portuqaliyanın "Sportinq" klubunda da baxışda olub.