"Lənkəran Məişət-Təmir" ASC-yə yeni sədr seçiləcək.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı ASC-nin növbədənkənar iclası çağırılıb.
Növbədənkənar iclasın iyunun 24-də keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Lənkəran Məişət-Təmir" 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 81528 manatdır. ASC-nin hazırda qanuni təmsilçisi Axundova Əsmər Nəriman qızıdır.