Macarıstan iqtisadiyyatına xarici investisiyalar bu il rekord həddə - 13 milyard avroya çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı artıq ikinci ildir ki, investisiya rekordu vurur.

Məlumata görə, ölkə iqtisadiyyatına 2022-ci ildə 6,5 milyard avro, keçən il isə 13,13 milyard avro dəyərində investisiya yatırılıb. Bunun sayəsində 19 min yeni iş yeri açılıb.

 

Gözəl Həşimova