Türkmənistan əhalisinin 7 milyon 57 min 841 nəfərə yüksəldiyi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkmənistan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, sözügedən əhalinin 47,1 faizi şəhərdə, 52,9 faizi isə kənd yerlərində yaşayır.

Əlavə edək ki, 2017-ci ildə ölkə əhalisinin sayı 6,2 milyon nəfər təşkil edib.

 

Gözəl Həşimova