NATO ölkələri müdafiə qabiliyyətini gücləndirmək üçün min ədəd “Patriot” hava hücumundan müdafiə raketi almağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO-nun satınalma agentliyi "NSPA" məlumat yayıb.

Belə ki, 5,5 milyard dollar dəyərində olan raketlərin üzv ölkələr tərəfindən ortaq şəkildə alınacağı bildirilib.

Sistemləri alacaq ölkələr arasında Almaniya, Hollandiya, Rumıniya və İspaniya var.

 

Gözəl Həşimova