Polşa hakimiyyəti respublikada ilk atom elektrik stansiyasının tikintisinə razılıq verib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva bildirib.

Nazirin sözlərinə görə, stansiyasının tikintisinə bu il başlanılacaq: "Ölkədə ilk atom elektrik stansiyasının tikintisinə icazə verən prinsipial qərar qəbul edib. Bu sənədin əsas əhəmiyyəti ondan ibarətdir ki, stansiyanın tikintisi üçün nəzərdə tutulan sərmayənin ictimai maraqlara və hökumətin enerji siyasətinə uyğun olduğunu təsdiq edir".

Əlavə edək ki, ötən ay Polşa hökuməti atom elektrik stansiyasının tikintisinə təxminən 1,2 milyard dollar sərmayə qoyacağını açıqlayıb.