Qırğızıstanda enerji içkilərinin reklamına qadağa qoyulub.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, energetik içkilərə tərkibində stimullaşdırıcı komponentlər, o cümlədən kofein, quarana, taurin və jenşen olan içkilər daxildir.

Əlavə edək ki, iyulun 3-də Qırğız Prezidenti Sadır Japarov “Reklam haqqında” Qırğızıstan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” qərarı imzalayıb. Bu qanun enerji içkilərinin reklamına qadağa qoyur.