"Almaniyanın 2024-cü il büdcəsinə Ukraynaya 8 milyard avroluq hərbi yardım daxildir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts ölkədə büdcə böhranının həllinə həsr olunmuş iclasının yekunlarına dair açıqlama verib.

Məsləhətləşmələrdən sonra 17 milyard avroluq büdcə kəsiri riskinə baxmayaraq, ayrılan vəsaitin həcminin saxlanılması qərara alınıb.

Onun sözlərinə görə, Almaniyadakı ukraynalı qaçqınlar üçün isə 6 milyard avronun ayrılması nəzərdə tutulub.

 

Gözəl Həşimova