Hindistan daxili qiymətlərin artması səbəbilə əksər düyü növlərinin ixracını qadağan edə bilər.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, dünyada düyü ixracının 40%-ni təşkil edən Hindistan "Basmati" istisna olmaqla, bütün düyü növlərinin tədarükünü qadağan edə bilər. Bildirilib ki, qadağa tətbiq olunarsa, Hindistanın düyü ixracı təxminən 80% azalacaq.

Əlavə edək ki, planlaşdırılan məhdudlaşdırıcı tədbirlər inflyasiya və ərzaq qiymətlərinin artması ilə əlaqəlidir.