Çinin 2037-ci ildə dünya iqtisadiyyatına liderlik edəcəyi proqnozlaşdırılır.
Bu barədə İqtisadiyyat.az “The Telegraph” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Çin 2037-ci ilə qədər ümumi daxili məhsul həcminə görə ABŞ iqtisadiyyatını ötməklə dünyada birinci yeri tuta bilər. Bu proqnoz əvvəlki illə müqayisədə pisləşdirilib. Belə ki, daha əvvəl Çinin 2036-cı ildə aparıcı iqtisadiyyata çevriləcəyi gözlənilirdi.
Bildirilib ki, Çinin daşınmaz əmlak böhranı və koronavirus pandemiyasından sonra yavaş bərpası iqtisadi artım perspektivlərini zəiflədib.
Gözəl Həşimova