Bu il Qırğızıstanda əmək haqqı 25%-dən çox artaraq 360 dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Milli Statistika Komitəsinin hesabatında deyilir.

Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında sosial inkişafın əsas istiqamətləri üzrə yüksək artım tempi qeydə alınıb.

Bildirilib ki, ölkənin ixrac-idxal əməliyyatları sahəsində də müsbət dinamika müşahidə olunub. Belə ki, Qırğızıstanın digər ölkələrlə ticarət dövriyyəsi bu il 27% artaraq 9 milyard 407 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsi 35,3 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova