Dünya klubları yeni rekord müəyyənləşdiriblər. Bu il transfer dönəmində xərclənən pulların məbləği pik həddə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Transfermarkt” internet portalı məlumat yayıb.

Bundan öncəki rekord 2019-cu ilin yay transfer pəncərəsində qeydə alınıb. Həmin vaxt dünya futbol klubları transferlərə 7,568 milyard avro xərcləyib. 2023-cü ilin yayında isə indiyə kimi transferlərə ödənilən məbləğ 7,63 milyard avro olub.

Bildirilir ki, yeni rekordun müəyyənləşməsində indiyə kimi transferlərə 846 milyon avro xərcləyən Səudiyyə Ərəbistanı klublarının böyük rolu olub.

İngiltərə Premyer Liqa klubları isə transferlərə 2 milyard 430 milyon avro sərf edib. Bu isə 2019-cu illə müqayisədə 1 milyard avro çoxdur.