Bu ilin 9 ayında Naxçıvan Muxtar Respublikasında 19 sahibkara 1,4 milyon manat güzəştli kredit verilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev oktybarın 17-də Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 2023-cü ildən etibarən Sahibkarlığın İnkişafı Fondu Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə də maliyyə dəstəyi göstərir.