Azərbaycan Respublikası tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində 2023-cü il ərzində 193 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Miqrasiya Xidmətindən xəbər verilib.

Qeyd edilib ki, onlar əsasən Almaniya, İsveç, Avstriya və digər ölkələrdən geri qəbul edilmiş şəxslərdir.