Bu gün Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, AFFA-nın inzibati binasında, saat 15:00-da başlayacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək.