İqtisadiyyat.az xəbər verir ki, bu gün saat 17:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə IV sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq.

Bu gün 2023-cü ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu tutulma hadisəsi yarımkölgəli Ay tutulması olacaq. Tutulma saat 19.14-də başlayacaq, saat 23.31-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 21.24-də qeydə alınacaq. Tutulma hadisəsini Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktidada görmək mümkün olacaq. Qeyd edək ki, tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda saat 19.38-dən etibarən müşahidə olunacaq. 

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bu gün Bakıya gələcək. Məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak etməkdir. Arkadi Dvorkoviç səfər zamanı bir sıra mühüm görüşlər keçirəcək. Qeyd edək ki, bu gün açılış mərasimi təşkil olunacaq “Baku Open 2023”ə mayın 12-də yekun vurulacaq.

Bu gün Azərbaycandakı Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi keçirilir. Səhər saat 09:00-dan etibarən seçki məntəqələri açılıb. Qardaş ölkə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda yerləşir. Bundan başqa, Türkiyə vətəndaşları Naxçıvan və Gəncədə də səs verə bilərlər. Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.

Bu gün Rusiya və Ukrayna nümayəndələri ilə taxıl müqaviləsi ilə bağlı görüş keçiriləcək. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya, Ukrayna və Türkiyə nümayəndələrinin görüşü bu gün İstanbulda baş tutacaq.

Aprelin 21-də Şimali Makedoniya Respublikasında keçirilən prezident seçkilərində namizədlərin heç biri yetərincə səs toplaya bilməyib. Səsvermənin ikinci turu bu gün keçiriləcək.