Bu gün nələr gözlənilir? 

İqtisadiyyat.az xəbər verir ki, bu gün ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, aprelin 29-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu gün Formula 1 Azərbaycan Qran Prisində saat 12:30-dan 13:30-dək sprint yarışı üçün təsnifat, saat 17:30-dan 18:30-dək sprint yürüşü baş tutacaq.

Bu gün Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında Bakı Kartinq Turniri keçiriləcək. Turnirdə 10-16 yaş arasında 12 pilot iki mərhələdə - kvalifikasiya və final mərhələlərində bacarıqlarını sınayacaqlar. Finalda qalib gələnlər müxtəlif hədiyyə və sertifikatlar ilə mükafatlandırılacaqlar.

Kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına bu gün yekun vurulur. 

İraq Prezidenti İranın yüksək səviyyəli rəsmiləri ilə görüşmək və məsləhətləşmələr aparmaq üçün aprelin 29-da Tehrana səfər edəcək.

Yaponiya bu gündən etibarən koronavirus pandemiyası səbəbindən ölkəyə giriş məhdudiyyətlərini tamamilə aradan qaldırmağı planlaşdırır. Eyni zamanda mayın 8-də Yaponiyada koronavirus infeksiyasının statusunun mövsümü qrip kimi az təhlükəli viruslar kateqoriyasına salınması gözlənilir.