İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bu gün Azərbaycana gələcək. Səfər çərçivəsində Numan Kurtulmuş Prezident İlham Əliyevlə və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün Quba rayonunda Quba və Qusar rayonlarının sakinlərini qəbul edəcək.

Bu gün Vilnüsdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında görüş olacaq. Tərəflər NATO-nun sammiti çərçivəsində bir araya gələcəklər. V.Zelenski və C.Bayden Ukraynadakı müharibəni müzakirə edəcəklər. Ağ Evdən isə bildirilib ki, NATO-nun sammiti çərçivəsində Ukraynanın Alyansa üzvlüyü ilə bağlı “yol xəritəsi” müəyyənləşəcək.

“Azəriqaz” rəhbərliyi növbəti dəfə “açıq qapı” aksiyası keçirəcək. Görüş bu gün saat 15:00-da baş tutacaq və feysbuk-instagram platformaları vasitəsi ilə canlı yayımlanacaq. 

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində bu gün saat 13:00-dan 14:00-a qədər sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq. Aksiya Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin digər 5 oyunu bu gün baş tutacaq. Cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.