İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

İqtisadiyyat.az xəbər verir ki, açılış matçında "Qəbələ" "Dalğa Arena"da "Araz-Naxçıvan"la üz-üzə gələcək. Saat 18:00-da başlayacaq qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.

Hazırda xalı olmayan komandalar 9-10-cu pillələrdə qərarlaşıblar.

Günün digər oyununda isə "Zirə" evdə "Kəpəz"lə qarşılaşacaq. Kamal Umudlunun idarə edəcəyi görüş saat 21:00-da start götürəcək.

İlk turdan sonra hərəyə 3 xalı olan bu iki kollektiv 4-5-ci yerləri bölüşdürürlər.

Azərbaycan Premyer Liqası
II tur
12 avqust (şənbə)

18:00. "Araz-Naxçıvan" - "Qəbələ"
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
"Dalğa Arena"

21:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elman Musayev
Zirə İdman Kompleksinin stadionu, 21:00

Qeyd edək ki, turun "Qarabağ" - "Turan Tovuz" və "Sumqayıt" - "Sabah" görüşləri avqustun 13-də, "Neftçi" - "Səbail" matçı isə avqustun 14-də baş tutacaq.