"Bu zəlzələ Avropada əsrin ən dağıdıcı fəlakətidir".

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bunu ÜST-ün Avropa direktoru Hans Kluge Türkiyədə baş verən zəlzələdən danışarkən deyib. 

Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.