Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında magistral neft kəmərləri ilə 29787,7 min ton neft nəql edilib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Nəqletmənin 76,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu dövrdə kəmər vasitəsilə 22665,1 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 83,1%-ni və ya 18844,8 min tonunu Azərbaycanda hasil edilən neft, 16,9%-ni və ya 3820,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

 

Gözəl Həşimova