Britaniyada son sutkada 53 135 nəfər koronavirusa yoluxub ki, bu pandemiyanın başlamasından bu yana qeydə alınan ən yüksək göstəricidir. 

Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. 

Hazırda koronavirusa yoluxanların ümumi sayı 2 382 865 nəfərə çatıb. 

Son sutka ərzində 414 nəfər koronavirusdan həyatını itirib. Bununla da hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 71 567 nəfərə çatıb.