Böyük Britaniyada son sutka ərzindı yeni növ koronavirusdan (COVID-19) 55 nəfər vəfat edib.

Ölkədə indiyədək koronavirusdan ölənlərin ümumi sayı 40 597 nəfərə çatıb.

Son 24 saat ərzində 1205 yoluxma qeydə alınıb ki, bununla da Britaniyada infeksiyaya yoluxanların ümumi sayı 287 399 nəfərə çatıb.

Qeyd edək ki, Britaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı martın 23-dən bəri ən aşağı rəqəmdir.