Yəməndə fəaliyyət göstərən Husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumları onlar üçün nəticələr verəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron çıxış edib.

Kemeron Kosovoya səfəri zamanı sualları cavablandırarkən deyib: "Tamamilə qeyri-qanuni və qəbuledilməz olan gəmilərə hücumlar davam edərsə, dünya iqtisadiyyatı, ümumiyyətlə hər bir ölkənin iqtisadiyyatı zərər görəcək. Ona görə də hücumlara cavab veriləcək".

Ancaq hansı konkret tədbirlərin müzakirə oluna biləcəyi ilə bağlı aydınlaşdırıcı suala cavab verməkdən yayındı.