"Brentford" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vulverhempton"dan Natan Kollini transfer etməyə yaxındır. Bu barədə "Sky Sports" məlumat yayıb. "Brentford" 22 yaşlı müdafiəçi üçün "canavarlar"a 23 milyon funt-sterlinq təklif edib.

Keçid rəsmiləşsə, bu, "Brentford" tarixinin ən bahalı transferi olacaq.

İrlandiyalı futbolçu ötən mövsüm Premyer Liqada 26 oyuna çıxıb.