Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən komanda Fransa "Marsel"indən Renan Lodini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.

Lodi bu mövsüm "Marsel"lə 23 oyuna çıxıb.