Braziliyada son 24 saat ərzində koronavirus (COVID-19) infeksiyasına 47 828 yeni yoluxma faktı qeydə alınıb.

Son sutkada koronavirusdan 1 090 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 3 722 004nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 908 848 nəfər müalicə olunaraq sağalıb, 47 828 nəfər vəfat edib.

Hazırda 695 400 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu günə qədər Braziliyada ümumilikdə 14 172 764 test icra olunub.report