Braziliya prezidenti Luiz İnasio Lula da Silva baş verən iğtişaşlar səbəbindən ölkənin paytaxtı Braziliyada ayın sonuna qədər fövqəladə vəziyyət elan edib.  
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “ Globo ” telekanalı məlumat yayıb. 

Qeyd edək ki, fövqəladə vəziyyət elan olmasına səbəb ölkənin eks-prezidenti Jair Bolsonaronun tərəfdarlarının kütləvi etirazlara başlamasıdır. Nümayişçilər ölkənin hazırkı prezidenti Luiz İnasio Lula da Silva hökumətinin istefası tələbi ilə küçələrə axışıblar.