Braziliyada yeni növ koronavirusdan ölənlərin sayı artıb.
Braziliyada son 24 saatda 843 nəfərin yeni növ koronavirusdan dünyasını dəyişməsi ilə ölənlərin 41 min 901-ə çatıb. Nəticədə Braziliya COVİD-19-dan ölənlərin sayına görə  dünyada ikinici sırada yer alıb.
Qeyd edək ki, dünyada koronavirusdan ən çox ölüm halının qeydə alındığı ölkə ABŞ-dır. Həmin ölkədə 116 min 831 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib, 2 milyon 117 min 27 nəfər isə həmin xəstəliyə yoluxub. Dünyada isə yeni növ koronavirusdan ölənlərin sayı 428 min 362-yə çatıb. Yoluxanlar isə 7 milyon 742 min 69 nəfərdir.Yeniavaz