"Brayton" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Lill"dən Karlos Balebanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə 5+1 illik müqavilə imzalanıb.

"Brayton" kamerunlu futbolçu üçün 27 milyon avro ödəyəcək.