Britaniyanın səfiri və ölkəmizdə səfərdə olan Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Tofiq Bəhramovun heykəlini ziyarət ediblər.

İqtisadiyyat.az xəbər verir ki, cənab səfir bu barədə tviter hesabında paylaşım edib.

"Futbol həm İngiltərə, həm də Azərbaycanda çox sevilir.

İngiltərənin 1966-ci ildə futbol üzrə dünya çempionatını qazanmasında Tofiq Bəhramovun ədalətli qərarının böyük rolu olub.

Odur ki, nazir Leo Dokerti ilə bura mütləq gəlmək istəyirdik".